USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda ''Xruşovka''ların alqı satqısı dayandırıldı

03.09.2018 İnşaat və Əmlak
0 0
Bakıda ''Xruşovka'' tipli binalarda mənzillərin alqı satqısı dayandırılıb.

"Kommersant.az" xəbər verir ki, paytaxtın əksər ərazilərində bir çox 5 mərtəbəli binalarda mənzillərin alqı-satqısı ilə bağlı əməliyyatlar dayandırılıb.

Bu barədə paytaxt sakinləri bildiriblər. Paytaxt sakini Cavid Babayev bildirib ki, Gənclik metro stansiyası yaxınlığında ''Xruşovka''da mənzili var. O, həmin evi satmaq istəyib. Bu barədə ev alqı satqısı ilə məşğul olan ev dəllallarına müraciət etsə də, ona köməklik edilməyib. Dəllarlar bildiriblər ki, xüsusi tapşırıq gəlib ki, ''Xruşovka''larda evlərin satışı dayandırılır.
Məsələ ilə əlaqədar bir neçə ev dəllalları ilə əlaqə saxladıq. Məlum oldu ki, həqiqətən də, bəzi yerlərdə köhnə tikililərdə evlərin alqı satqısı dayanıb.

Bildirilir ki, evlərin alqı satqısı ''Xruşovka'' tipli binalaırn söküləcəyilə bağlı planlaşdırma ilə bağlıdır.