Kürdəmirdə də işlər yekunlaşdı - Elektron Kadastr Uçotu

24 Oktyabr 12:35 İnşaat və Əmlak
Torpaqların Elektron Kadastr Uçotu işlərinin yekunlaşdığı rayonlara Kürdəmir də əlavə olunub.

Kommersant.az xəbər verir ki, torpaqların Elektron Kadastr Uçotu işləri ölkə üzrə artıq 26 rayonda yekunlaşıb. Hər bir rayonda praktiki istifadəyə verilən layihə üzrə görülən işlər və nəticələr barədə ictimai təqdimatlar keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən kadastr uçotu işləri bu dəfə Kürdəmir rayonunda yekunlaşıb. Bununla əlaqədar rayon üzrə reallaşan layihənin nəticələri, üstünlükləri və gələcək perspektivlərinin müzakirə olunması ilə bağlı tədbir keçirilib. Təqdimatda komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edilib ki, aparılmış uçot işləri Kürdəmir rayonunun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 100.7 min hektar­­­­ torpaq sahəsinin mövcudluğunu öyrənməyə imkan verib. Müəyyən olunub ki, 43.5 min hektar­­­­ bələdiyyə, 13.1 min hektar­­­­ dövlət, 44.1 min hektar­­­­ özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 73.5 min hektara yaxını (72.9%-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 54.3 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələri 46.2 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər digər uqodiyaların hesabına artaraq 54.3 min hektar olub. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 6.2 minə yaxının torpaq ölçüləri 1.0 hektaradəkdir. Bu da torpaq sahələrinin konsolidasiyasını və birləşməsini zəruri edir.

Layihə çərçivəsində Kürdəmir rayonundakı torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri də müəyyən olunub, torpaq sahələrinin iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı informasiya bazası yaradılıb. Eləcə də ərazilər üzrə münbitlik səviyyəsini və ya hansı torpaqların şorlaşmaya məruz qaldığını göstərən geobotanik, eroziya və relyef xəritələri tərtib edilib. Yaradılan məlumat bazası və hazırlanan xəritələr Kürdəmir rayonunda mövcud torpaq sahələrindən kənd təsərrüfatı üzrə səmərəli istifadəni təmin edəcək.

  • Əvvəlki

    Bankların faiz dərəcələri açıqlanıb

Digər xəbərlər

16 Noyabr 21:19 İnşaat və Əmlak
Bakıda evlər bahalaşmağa başlayıb - SƏBƏB
0 0
12 Noyabr 10:30 İnşaat və Əmlak
57,8 milyard dollarlıq razılaşma və Azərbaycanın payı
0 0
6 Noyabr 12:07 İnşaat və Əmlak
"Fiat Doblo" 3500 manata satıldı
0 0
5 Noyabr 14:24 İnşaat və Əmlak
“Kütləvi çıxarış” Sumqayıtda olub
0 0
5 Noyabr 10:59 İnşaat və Əmlak
Poliklinika hərraca çıxarıldı
0 0
31 Oktyabr 12:40 İnşaat və Əmlak
Əmlak qeydiyyatında yeni layihə - İKİ QURUM RAZILAŞDI
0 0