USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah yağış yağacaq - METEOHƏSSAS İNSANLARA XƏBƏRDARLIQ

07.02.2019 İqtisadiyyat
0 0
8 fevralda gözlənilən hava şəraiti haqqında məlumat verilib.

"Kommersant.az" xəbər verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Fevralın 08-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında

Fevralın 08-dəhava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdəduman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Fevralın 08-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbərdarlıq

Fevralın 08-də şimal-qərb küləyinin 15-18 m/s olacağı, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

  • Əvvəlki

    Vəzifəsindən çıxarılan icra hakimlərinin korrupsiya əməlləri - BAĞIŞLANACAQ? FOTOLAR

Digər xəbərlər