Həftənin ilk gününə gözlənilən hava şəraiti açıqlanıb

10.02.2019 Ekologiya
Fevralın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Kommersant.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.

Şimal küləyi əsəcək, havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək, 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % olacaq.
Respublikamızın rayonlarına gəlincə, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti təşkil edəcək.

  • Əvvəlki

    Ali məktəblərə qəbulla bağlı sınaq imtahanı keçirilir

Digər xəbərlər

11.02.2019 Ekologiya
Azərbaycanda yenidən zəlzələ oldu
1 0
11.02.2019 Ekologiya
Seysmoloq: Güclü zəlzələ olmayacaq
0 0
11.02.2019 Ekologiya
Sabah hava yağmursuz keçəcək
1 0