Taxıl zəmiləri biçildikdən sonra kövşənləri yandıranlar cərimələnəcəklər

02.06.2018 Ekologiya
Taxıl zəmilərinin biçilməsindən sonra sahələrdəki kövşənlərin yandırılması nəinki məhsuldarlığın artmasına mənfi təsir göstərir, hətta flora və faunaya ciddi zərbə vurur. Belə ki, torpaqdakı humus qatı korlanır, bu da biomüxtəlifliyin məhvinə səbəb olur. Fermerlər torpaq sahələrinin yandırılmasını müxtəlif cür izah edirlər və ən əsas da əlavə xərclərlə əlaqələndirirlər.

"Kommersant.Az" AZƏRTAC-a istinadən xəbər verir ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bir santimetr humus qatının formalaşması üçün uzun zamanın lazım olduğunu qeyd edib. O deyib: “Humus qatı torpağın əsas orqanik, yəni, üzvi maddələr olan mənbəyidir. Quraqlıq dövründə torpağın nəmişliyini artıran humus qatı bitkilərin formalaşmasında mühüm rol oynayır, eroziya prosesinin qarşısını alır. Taxıl zəmiləri biçildikdən sonra kövşənliklərə od vurulması qəti qadağandır. İnzibatı Xətalar Məcəlləsinə əsasən, bununla əlaqədar fiziki, hüquqi və vəzifəli şəxslər barəsində tədbirlər görülür. Əkin sahələrinin yandırılmasına görə fiziki şəxslər 600-700, vəzifəli şəxslər 1500-2000, hüquqi şəxslər 5000 manatdan 6000 manatadək cərimələnəcəklər. Kövşənlərin heç bir əsası olmadan yandırılması torpaqların münbitliyinə və bioloji müxtəlifliyə zərər vurmaqla yanaşı, insan həyatına, o cümlədən ətraf ərazilərə ciddi təhlükə törədir. Artıq bu istiqamətdə maarifləndirmə tədbirləri də həyata keçirilir”.

  • Əvvəlki

    Arzu Əliyeva Heydər Əliyev Mərkəzinin parkındakı Uşaq festivalında olub

Digər xəbərlər

02.12.2018 Ekologiya
Bu günə olan - HAVA PROQNOZU
0 0
01.12.2018 Ekologiya
Sabaha olan hava proqnozu
0 0