Gəncədə 16 ağac kəsən şəxs 4380 manat cərimələnib

4 İyul 10:34 Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Bu barədə "Kommersant"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Gəncə şəhəri, Kəpəz rayonu, M.Hüseynzadə küçəsində köküstə yaş 16 ədəd lüqustr ağacının kəsildiyi və təbiətə 4380 manat məbləğində ziyan dəydiyi məlum olub.

Araşdırma zamanı ağacları Gəncə şəhər sakini Rasim Ələsgərov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Digər xəbərlər

22 Oktyabr 17:57 Ekologiya
Gecə hava necə olacaq? - EKOLOJİ PROQNOZ
0 0
22 Oktyabr 12:05 Ekologiya
Günün gündüz saatlarına olan - PROQNOZ
0 0
19 Oktyabr 14:46 Ekologiya
Hava kəskin dəyişəcək - PROQNOZ
0 0
19 Oktyabr 11:14 Ekologiya
Balıq ovladı, 400 manat cərimələndi
0 0
18 Oktyabr 17:34 Ekologiya
Havanın gecə temperaturu - AÇIQLANDI
0 0
18 Oktyabr 15:29 Ekologiya
Bu gün axşam hava necə olacaq? - PROQNOZ
0 0
16 Oktyabr 14:39 Ekologiya
Balıq ovlayan şəxs cərimələndi - MƏBLƏĞ
0 0
16 Oktyabr 11:41 Ekologiya
Ov etdiyinə görə 1000 manat cərimələndi
0 0
15 Oktyabr 12:50 Ekologiya
Cənub-şərq küləyi əsəcək - PROQNOZ
0 0