USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qətər vətəndaşı 1000 manat cərimələndi - REYD

01.10.2018 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı mübarizə məqsədi ilə növbəti reydlər keçirilib.

"Kommersant.az" Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, reydlər zamanı Biləsuvar rayonunun Platina, Saatlı rayonunun Muğan ərazilərində, Uludüz və Ağzıbir Ovçuluq Təsərrüfatlarında icazəsiz ova cəhd edən Cəlilabad rayon sakinləri Səfər Əhədov, Çingiz Əliyev, Qətər vətəndaşı Mohammed Khalaf Kaabi, Şamaxı rayon sakini Şahin Məmmədov, Siyəzən rayon sakini Fərid Vəliyev və Sumqayıt şəhər sakini Emil Əliyev saxlanılıb. Onlardan 6 ov tüfəngi götürülüb.

Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.

  • Əvvəlki

    Uğur qazanmaq üçün 3 əsas vərdiş

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0