Güclü yağış yağacaq - SABAHIN HAVASI

7 Noyabr 12:57 Ekologiya
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Kommersant.az"a verilən məlumata görə, noyabrın 8-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 8-10, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 8-də hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında gecə və səhər yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 14-18° isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 8-9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

ETSN xəbərdarlıq edib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 8-i gündüzdən 9-u gündüzədək arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 8-dən 9-u səhərədək Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.

  • Əvvəlki

    Şəhid ailələrinə 500-dən çox mənzil verildi

Digər xəbərlər

14 Noyabr 13:04 Ekologiya
Sabah şaxta olacaq
0 0
13 Noyabr 19:03 Ekologiya
Bu gecənin hava proqnozu açıqlandı
0 0
13 Noyabr 13:07 Ekologiya
Sabaha olan hava proqnozu
0 0
9 Noyabr 13:07 Ekologiya
18 dərəcə isti olacaq
0 0
8 Noyabr 13:10 Ekologiya
Leysan xarakterli yağış yağacaq
0 0
8 Noyabr 12:38 Ekologiya
Vəzifəli şəxs 4000 manat cərimələndi
0 0
7 Noyabr 18:30 Ekologiya
Neft Emalı Zavodu cərimələnə bilər
0 0
6 Noyabr 13:12 Ekologiya
Sabaha gözlənilən - HAVA
0 0