USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Günün ikinci yarısında hava şəraiti kəskin dəyişəcək - Yağış, qar...

29.11.2018 İqtisadiyyat
0 0
Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Kommersant.az"-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün günün ikinci yarısından noyabrın 30-u gündüzədək güclü şimal-qərb küləyi əsəcək, arabir şiddətlənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında noyabrın 30-dan dekabrın 02-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Bu gün gündüzdən 30-u gündüzədək qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

  • Əvvəlki

    “300 manat maaş alır, amma 1 500 manat xərcləyir” - Kölgə İqtisadiyyat

Digər xəbərlər