USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İqtisadiyyat naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

16.05.2018 İqtisadiyyat
0 0
İqtisadiyyat naziri Şahin Mustafayev mayın 18-də Ağcabədidə Zərdab, Laçın və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Kommersant.Az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşların qəbulu saat 11:00-dən etibarən Bayraq Muzeyinin inzibati binasında (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsi) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (daxili 21-05) və (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və Nazirliyin facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

Eyni zamanda iqtisadiyyat nazirinin Göygöldə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

  • Əvvəlki

    OPEC Vyana sazişini 172% yerinə yetirib

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0