Bitkoinin qiyməti kəskin düşə bilər - PROQNOZ

05.06.2018 İqtisadiyyat
Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti son bir neçə gün ərzində müxtəlif istiqamətlərdə dəyişib.

"Kommersant" BAKU.WS-ə istinadən bildirir ki, bitkoin 7,6 min dollara alınıb satılır. Mütəxəssislər yaxın zamanlarda kriptovalyutanın qiymətinin kəskin düşə biləcəyini deyir.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 1,08% ucuzlaşaraq 7,615 dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində artım qeydə alınıb. Belə ki, "Ethereum" 0,83% və ya 608,97 dollaradək, "Ripple" 2,95% (0,672 dollara qədər) , "Bitcoin Cash" 3,74% (1,15 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 345,16 milyard dollar təşkil edir və bunun 38 faizi bitkoinin payına düşür.