USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Radiotezlik spektrinin və peyklərin istifadəsinin tənzimlənməsi komissiyanın iclası olub

07.06.2018 İqtisadiyyat
0 0
Bakıda Regional Rabitə Birliyinin (RRB) Radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə komissiyanın və onun işçi qruplarının toplantısı keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Kommersant"a bildirilib ki, iyunun 8-dək davam edəcək toplantıda RRB-yə üzv olan 7 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkmənistan) 44 mütəxəssis iştirak edib.

Bu komissiyanın toplantısında RRB-yə üzv ölkələr arasında radio-televiziya yayımlarının, radiotezliklərin və mobil rabitə siqnallarının tənzimlənməsi üzrə məsələlərin müzakirəsi aparılacaq.

İclasda 2018-ci ildə keçiriləcək səlahiyyətli konfransa və 2019-cu ildə keçiriləcək Ümumdünya Radiorabitə Konfransına hazırlıq məsələləri də müzakirə ediləcək.

Qeyd edək ki, Radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə komissiya və onun işçi qrupları yeni radiotexnologiyaların tətbiqi ilə ölkələr arasında tezliklərin koordinasiyası üçün prinsip və texniki parametrlərin müəyyənləşdirilməsini həyata keçirir.

  • Əvvəlki

    Bakıda Azərbaycan-Pakistan biznes imkanlarına dair konfrans və sərgi keçiriləcək

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0