USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yol-nəqliyyat hadisəsi zamanı 4 saylı arayışın verilməsilə bağlı qaydalar dəyişib

02.07.2018 İqtisadiyyat
0 0
Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşəbbüsü ilə Azərbaycan Respublikası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və İcbari Sığorta Bürosunun (İSB) üçtərəfli görüşü keçirilib.

Birlikdən "Kommersant"a bildiriblər ki, görüşün əsas müzakirə mövzusu avtonəqliyyat hadisələri zamanı verilən 4 saylı arayışın agentlik tərəfindən təmin edilməsi olub.

Birliyin sədri Mustafa Abbasbəyli bildirib ki, yol-nəqliyyat hadisəsi zamanı 4 saylı arayışın verilməsinin gecikdirilməsi, bilavasitə, sığorta ödənişlərinin gecikməsinə səbəb olur. Bu isə sığortalıların nöqteyi-nəzərindən sığortaya və sığorta şirkətlərinə olan inam və etimadın zəifləməsinə gətirib çıxarır. Məsələnin sosial əhəmiyyətini vurğulayan birlik rəhbəri 4 saylı arayışın agentlik tərəfindən təmin edilməsinin sığorta hadisələri hesab olunan hallar üzrə operativ qaydada sığorta ödənişlərinin verilməsi ilə nəticələnəcəyini və bununla da, sığorta bazarından məmnun müştərilərin sayını artıracağını qeyd edib. Bu məsələdə İSB-nin mövcud elektron sistem infrastrukturunun faydalı olacağı diqqətə çatdırılıb.

Bununla yanaşı, səfər sığortasının “ASAN viza” vasitəsilə elektron qaydada təmin edilməsi təklif edilib. Ölkəyə səfər sığortası olmadan səyahət edən və ölkədən gedən şəxslərin bu yolla səfər sığortasını asanlıqla əldə edə biləcəyi qeyd edilib. Eyni qaydada, səfər sığortasının səyahətdə olan şəxslərin gözlənilməz hadisələr zamanı onları kompensasiya etməsi, hətta ölüm hallarında belə repatriasiya xərclərini qarşılaması baxımından sosialyönümlü bir məhsul olduğunu nəzərə alınaraq, bu addımın ictimaiyyət üçün təşviqedici xarakter daşıdığı bildirilib.

Görüşün yekununda təklif edilən məsələlər üzrə işçi qrupunun yaradılması və bu sahədə işlərin görülməsi nəzərdən keçirilib.

  • Əvvəlki

    Vergi sistemində korrupsiyanın qarşısını almaq üçün yeni xidmətlər istifadəyə veriləcək

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0