USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının bəzi yerlərinə qaz məhdudiyyətlə veriləcək

02.07.2018 İqtisadiyyat
0 0
Sabah Bakının bir neçə rayonunda təbii qazın verilişində məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən "Kommersant"a verilən məlumata görə, diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 23-24-cü kilometrləri arasında dayaqlar üzərinə qaldırılması zərurəti ilə əlaqədar olaraq, iyulun 3-ü saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonunun Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Yeni yasamal yaşayış massivi, Şərifzadə,Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri iyulun 4-də yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

  • Əvvəlki

    Yol-nəqliyyat hadisəsi zamanı 4 saylı arayışın verilməsilə bağlı qaydalar dəyişib

Digər xəbərlər