USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan ilə Latviya arasında ikitərəfli avtomobil daşımaları artırılacaq

02.07.2018 İqtisadiyyat
0 0
Bakıda Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Latviya Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

"Kommersant" AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Latviya nümayəndə heyətinə Rabitə Nazirliyinin Avtomobil Nəqliyyatı Departamentinin direktoru Talivaldis Veçtirans rəhbərlik edib.

Talivaldis Veçtirans Latviyada son vaxtlar beynəlxalq avtomobil daşımaları sahəsində qəbul edilən qanunlar, yeni sistemlə tətbiq edilən yol vergiləri ödənişləri, eyni zamanda, nəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejimini qeydiyyata alan rəqəmli taxoqrafların tətbiqi barədə məlumat verib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı islahatlardan, Azərbaycan-Latviya ikitərəfli əlaqələrindən, həmçinin yol-nəqliyyat strukturundakı yeniliklərdən, həyata keçirilən regional layihələrdən danışıb.

Eyni zamanda, avtomobil daşımaları sahəsində Azərbaycan avtodaşıyıcılarının Latviya avtodaşıyıcılarına nisbətdə üstünlük təşkil etdiyini nəzərə alaraq, 2019-cu ildə ikitərəfli daşımalar və tranzit keçid üçün "icazə"lərin 20 faiz artırılması barədə tərəflər razılığa gəliblər.

Yuxarıda qeyd edilən məsələlər, həmçinin reqlamentdə nəzərdə tutulan aidiyyəti üzrə digər aktual məsələlər də müzakirə edildikdən sonra nümayəndə heyəti arasında müvafiq protokolun imzalanması ilə Azərbaycan-Latviya Qarışıq Komissiyasının növbəti iclası öz işinə yekun vurub.

  • Əvvəlki

    DÇ-2018: Braziliya vurduğu qolların sayına görə yeni rekorda imza atıb

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0