Bitkoin 6,6 min dolları keçdi

4 İyul 00:49 İqtisadiyyat
Dünyada ən populyar kriptovalyuta olan bitkoin bu gün böyük artım nümayiş etdirib.

"Kommersant"ın Trend-ə istinadən məlumatına görə, bitkoin 6,6 min dollar həddini keçib.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 5,06% ucuzlaşaraq 6 654 dollar təşkil edib.

Alternativ kriptovalyutalar da bahalaşıb. Belə ki, "Ethereum" 7,29% və ya 481,96 dollaradək bahalaşıb, "Ripple" 11,66% (0,51 dollara qədər), "Bitcoin Cash" 11,33% (813,11 dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 275,52 milyard dollar təşkil edir və bunun 41,4 faizi bitkoinin payına düşür.

  • Əvvəlki

    Bakı-Sumqayıt yolunda aparılan təmir işləri bitib

Digər xəbərlər

28 Sentyabr 11:25 İqtisadiyyat
Şirkətlər pullarını niyə gizlədir?
0 0
24 Sentyabr 20:29 İqtisadiyyat
Kənd Təsərrüfatı Nazirliyinə yeni təyinat
0 0