Nazir müavini: Azərbaycan Pakistanda ticarət evi aça bilər

4 İyul 20:03 İqtisadiyyat
Azərbaycan Pakistanda ticarət evi aça bilər.

"Kommersant"ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

R.Məmmədov bildirib ki, Pakistan Azərbaycan üçün vacib tərəfdaşdır:

“Biz Pakistanda ticarət evinin açılmasını istisna etmirik. Amma bizə hələlik bu barədə təklif daxil olmayıb. Eyni zamanda Pakistan Azərbaycan üçün vacib tərəfdaşdır. Ona görə də bu bazar bizim üçün maraq kəsb edir. Əgər bizə Pakistan tərəfindən ticarət evinin açılması barədə təklif gələrsə, biz məmnuniyyətlə bunu nəzərdən keçirərik”.

Xatırladaq ki, hazırda Azərbaycan ticarət evləri Ukrayna və Belarusda fəaliyyət göstərir. Bu ayın sonuna kimi Latviyada ticarət evinin açılması planlaşdırılır. Bundan başqa, Azərbaycan BƏƏ-də və Rusiyada ticarət evləri açmaq niyyətindədir.

  • Əvvəlki

    "Kontakt Home" işçi axtarır - VAKANSİYA

Digər xəbərlər

22 Oktyabr 11:03 İqtisadiyyat
Lirə yenidən möhkəmlənəcəkmi?
0 0
20 Oktyabr 10:53 İqtisadiyyat
Sahibkarların problemləri müzakirə olunub
0 0
24 Sentyabr 20:29 İqtisadiyyat
Kənd Təsərrüfatı Nazirliyinə yeni təyinat
0 0
22 Sentyabr 15:59 İqtisadiyyat
"Azersun" rəis axtarır - VAKANSİYA
0 0