Lirə 1% bahalaşdı - YENİLƏNİB

09.05.2018 İqtisadiyyat
Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün iqtisadi komanda ilə iclas keçirəcəyi barədə xəbərin ardınca Dollar/TL məzənnəsi geriləyib

"Kommersant.Az" xəbər verir ki, dollar/TL məzənnəsi 13:26-da 1%-dən çox minusda 4.2884 səviyyəsində olub. Məzənnə xəbərin ardından 4.27 səviyyəsinə qədər geriləyib.

Avro isə 1.4% ucuzlaşma ilə 5.06 irəyə geriləyib.

1 Dollar 4.3708 lirəyə qalxaraq rekord qırıb.

Dollar/TL məzənnəsi ABŞ Prezidenti Donald Trampın İran ilə nüvə müqaviləsindən çıxdıqlarını açıqladıqdan sonra yüksəlib.

Açıqlamadan əvvəl 4.29 səviyyələrində olan dollar, açıqlamadan sonra mərhələli olaraq bahalaşıb.

Bu bahalaşma nəticəsində məzənnə 4.3708 lirə səviyyəsinə qalxaraq tarixinin ən yüksək səviyyəsinə çatıb (Saat 10:28-də).

Türkiyə Prezidentinin Sözçüsü İbrahim Kalın, "ABŞ-ın nüvə müqaviləsindən birtərəfli olaraq çıxması, qeyri-sabitliyə və yeni münaqişələrə səbəb olacaq bir qərardır" ifadələrini istifadə edib.

İqtisadiyyat Naziri Nihat Zeybekçi, ABŞ Prezidenti Trampın nüvə qərarına dair, "Amerikanın tək qalma ehtimalının çox yüksək olduğunu" deyib.

Zeybekci, "İranlı turistlərin axınına bir təsiri olacağını düşünmürəm. Detalları görmək lazımdır. Mən Amerikanın tək qalma ehtimalının çox yüksək olduğunu görürəm. İran bizim dost ölkəmiz qardaş ölkəmizdir. Eyni məkandayıq. Nəticədə güclü İran, Türkiyənin də güclənməsinə də təsir edir" deyib.