IMF: Ötən il Azərbaycan iqtisadiyyatı 4% böyüyüb

14 May 10:28 İqtisadiyyat
2017-ci ildə Azərbaycan və Qazaxıstan kimi regionun neft ixrac edən ölkələrində 4% iqtisadi artım qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) yenilənmiş “Regional Economic Outlook: Caucasus and Central Asia” adlı hesabatında bildirilir.

Hesabata görə, 2016-cı ildə bu göstərici 2,4% təşkil edib və 2017-ci ilin II yarısından neft qiymətlərinin kəskin artması bu ölkələrin iqtisadiyyatının böyüməsinə təkan verib: “Azərbaycanda yüksək dövlət sərmayələri digər sahələrdəki zəiflikləri balanslaşdıraraq böyüməyə şərait yaradıb. Planlaşdırılır ki, ölkədə kapital qoyuluşu genişləndirilsin, bu isə iqtisadiyyatın absorbsiya həcminin artmasına şərait yarada bilər”.

IMF hesab edir ki, hazırda Azərbaycanda fiskal idarəetmə prosesi gedir və ölkənin orta müddətə fiskal çərçivəsi müəyyən olunmayıb.

Təşkilat həmçinin Azərbaycanın, Qazaxıstan, Qırğızıstran və Tacikistanın bank sektorunda çəıtinliklərin olduğunu qeyd edib.

  • Əvvəlki

    “Bakı Metropoliteni”nə Rusiyadan daha bir yeni qatar gətirilib

Digər xəbərlər

28 Sentyabr 11:25 İqtisadiyyat
Şirkətlər pullarını niyə gizlədir?
0 0
24 Sentyabr 20:29 İqtisadiyyat
Kənd Təsərrüfatı Nazirliyinə yeni təyinat
0 0