Gürcüstan prezidenti: Ölkəmizin "TANAP layihəsində iştirakı böyük əhəmiyyətə malikdir"

02.06.2018 Energetika
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstandan olan həmkarı Giorgi Marqvelaşviliarasında telefon danışığı olub.

"Kommersant.Az" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

Belə ki, telefon danışığında R.T.Ərdoğan G.Marqvelaşvilini Gürcüstanın müstəqilliyinin 100 illiyi münasibəti ilə təbrik edib və onu Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) iyunun 12-də Əskişəhərdə keçiriləcək rəsmi açılış mərasiminə dəvət edib.

Dəvətə görə təşəkkür edən Gürcüstan prezidenti vurğulayıb ki, ölkəsinin TANAP layihəsində iştirakı böyük əhəmiyyətə malikdir. Çünki bu kəmər Azərbaycan qazının Türkiyəyə, oradan isə Avropaya çatdırılmasına imkan verəcək və qitənin enerji təhlükəsizliyini təmin edəcək.

Sonda liderlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

  • Əvvəlki

    Bakının Baş Planı araşdırılacaq

Digər xəbərlər

14.12.2018 Energetika
Azərbaycan nefti 1%-dən çox ucuzlaşıb
0 0
13.12.2018 Energetika
Neftimizin bu günə olan qiyməti
0 0
12.12.2018 Energetika
Azərbaycan neftinin son qiyməti
0 0
11.12.2018 Energetika
Neftimiz ucuzlaşdı
0 0