İnvestisiya portfelində səhmlərin payı artıb

04.06.2018 Energetika
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) səhmlərə investisiyalarının artması dünya iqtisadiyyatında müşahidə olunan trendlərdən də asılı olacaq. Bu barədə Fonddan məlumat veriblər.

SOFAZ-dan "Kommersant"a bildirilib ki, bundan əvvəl deyildiyi kimi, Fondun strategiyasının əsas istiqamətlərindən biri tamamilə şaxələndirilmiş portfelin yaradılmasıdır:

"2012-ci ildən Dövlət Neft Fondu özündə müxtəlif şirkətləri, ölkələri və sahələri birləşdirən dünya səhm bazarına investisiya qoymağa başladı. Qeyd olunmalıdır ki, bu proses həm xarici menecerlərin, həm də Fondun mütəxəssislərinin köməyi ilə həyata keçirilib”.

SOFAZ-dan xatırladıblar ki, 2018-ci ilin birinci rübünün sonuna investisiya portfelində səhmlərin payı 14,2 faiz təşkil edib. Fondun investisiya siyasətinə uyğun olaraq, səhmlərə portfelin 25 faizinədək investisiya qoyula bilər:

“Gələcəkdə səhmlərə yeni yatırımlar dünya iqtisadiyyatındakı trendlərdən, həmçinin səhmlər, gəlirlər, volatillik və bir çox digər amillər daxil olmaqla, səhm bazarındakı vəziyyətdən asılı olacaq”.

Qeyd olunub ki, 2018-ci il aprelin 1-nə Dövlət Neft Fondunun investisiya portfelinin ümumi həcmi 37,63 milyard ABŞ dolları ( ötən il 35,806 milyard dollar) və ya ümumi aktivlərin təxminən 100 faizini təşkil edib. Beləliklə, Fondun investisiya portfelinin 3,4 faizi həcmində sərmayə qızıla, 5,8 faizi daşınmaz əmlaka, 14,2 faizi səhmlərə, 76,6 faizi isə istiqrazlar və digər pul bazarı alətlərinə qoyulub.

Digər xəbərlər

14.12.2018 Energetika
Azərbaycan nefti 1%-dən çox ucuzlaşıb
0 0
13.12.2018 Energetika
Neftimizin bu günə olan qiyməti
0 0
12.12.2018 Energetika
Azərbaycan neftinin son qiyməti
0 0
11.12.2018 Energetika
Neftimiz ucuzlaşdı
0 0