Azərbaycan nefti bahalaşmaqda davam edir

02.10.2018 Energetika
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 1-də 85,94 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,16 dollar/barel çoxdur.

"Kommersant.az" xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 1-də 85,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,16 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 1-də 82,26 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,16 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 1-də 84,69 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,04 dollar/barel çoxdur.