Bu ərazilərdə 3 gün elektrik enerjisi olmayacaq - SƏBƏB

03.10.2018 Energetika
3-5 oktyabr tarixləri arası Şəhərin bəzi yaşayış yerlərində elektrik enerjisi fasilələrlə veriləcək.

"Azərişıq"ın mətbuat xidmətindən "Kommersant.az"a daxil olan məlumata görə, 3-5.10.2018-ci il tarixlərində saat 14.00-dan 16.30-a qədər 110 kv-luq I Binəqədi hava elektrik verilişi xəttində (EVX) aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonu Quşçuluq Massivi, kənd Xırdalan, Masazır qəsəbəsinin bəzi ərazilərində və 110/35/10 kV-luq “Zabrat” y/st-dan çıxan 10 kV-luq Məhəmmədi-1, Məhəmmədi-2 EVX-də payız-qış mövsümünə hazırlıqla əlaqədar Bağlar ETSİ-nin xidmət ərazisində - Məhəmmədi kəndində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.