Neft ucuzlaşıb - QİYMƏT

08.10.2018 Energetika
Dünya birjalarında "Brent" markalı neftin qiyməti ucuzlaşıb.

"Kommersant.az" xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin 1 barelə görə qiyməti 0,70 dollar və ya 0,52% ucuzlaşaraq 73,82 dollar olub.

ICE London qitələrarası birjasında "Brent" markalı neftin 1 barelinin dəyəri də 0,78 dollar və ya 0,93% azalaraq 83,38 dollar təşkil edib.