Dünya birjalarında Brent markalı neftin qiyməti ucuzlaşıb
"Kommersant.Az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,08 dollar və ya 0,11% ucuzlaşaraq 71,28 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,17 dollar və ya 0,22% enərək 77,30 dollar olub.