Neft hasilatlmız 1% belə artmayıb - HESABAT

15.11.2018 Energetika
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-oktyabr aylarında 40,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən "Kommersant.az"a verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,0 faiz, neft sektorunda isə 0,2 faiz artıb.

Sənaye məhsulunun 73,4 faizi mədənçıxarma sektorunda, 22,0 faizi emal sektorunda, 3,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 0,1 faiz, əmtəəlik qaz hasilatı isə 3,5 faiz artıb.

  • Əvvəlki

    Bu şəhərdə su olmayacaq

Digər xəbərlər

13.12.2018 Energetika
Neftimizin bu günə olan qiyməti
0 0
12.12.2018 Energetika
Azərbaycan neftinin son qiyməti
0 0
11.12.2018 Energetika
Neftimiz ucuzlaşdı
0 0
07.12.2018 Energetika
Neftimiz 6% ucuzlaşdı
0 0