“Azəriqaz” “ASAN Xidmət” vasitəsi ilə xidmət etdiyi isthlakçıların – SAYINI AÇIQLADI

14 May 17:46 Energetika
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

“Azəriqaz”dan verilən məlumata görə, bu ilin dörd ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba, Mingəçevir, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 74 488 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin olunub.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

  • Əvvəlki

    ABŞ Qüdsdə səfirliyini açdı

Digər xəbərlər

14 Sentyabr 10:26 Energetika
"Azəriqaz" abonetlərinin sayını açıqlayıb
0 0
13 Sentyabr 00:18 Energetika
Azərbaycan nefti bahalaşmaqda davam edir
0 0
12 Sentyabr 20:24 Energetika
"Brent" markalı neftin qiyməti 80 dolları ötüb
0 0
12 Sentyabr 00:30 Energetika
Azərbaycan nefti bahalaşıb
0 0
11 Sentyabr 13:52 Energetika
Daha bir qəsəbəyə təbii qaz verilib
0 0
11 Sentyabr 09:51 Energetika
Azərbaycan nefti bahalaşıb - SON QİYMƏT
0 0
10 Sentyabr 23:36 Energetika
Azərbaycan nefti cüzi ucuzlaşıb
0 0
10 Sentyabr 17:55 Energetika
5 gün qaz olmayacaq
0 0