Bu il “Qazprom”un ixracatı rekord həddə çatacaq

20.12.2018 Energetika
Rusiyanın “Qazprom” dövlət şirkətinin 2018-ci ildəki ixracatı tarixi rekord həcmdə - 200 milyard kubmetrdən artıq olacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirdiyi illik mətbuat konfransında bildirib.

“Xarici bazara satış həcmimiz artır. Bu il 200 milyard kubmetrdən artıq olacaq. Bu, çox yaxşı nəticədir, tarixi maksimumdur. Bu, ölkəyə lazımdır. Bu rəqəm “Qazprom”a yox, bizim iqtisadiyyata, büdcəmizə lazımdır”, - dövlət başçısı qeyd edib.

report