USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın xam neft ehtiyatları azalıb

10.01.2019 İqtisadiyyat
0 0
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 1,7 milyon barrel (0,4 faiz) azalma ilə 439,7 milyon barrelə gerilədiyini açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 2,4 milyon barrel azalacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 7 min barel artmışdı.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə bir əvvəlki həftəyə nisbətən dəyişiklik göstərməyərək 649,1 milyon barel səviyyəsində qalıb.

Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları isə 8,1 milyon barel (3,4 faiz) artımla 248,1 milyon barelə yüksəlib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 3,4 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 6,9 milyon barel artım göstərmişdi.

ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 454 min barel artımla 7,85 milyon barelə qalxıb, ixracı isə gündəlik orta hesabla 172 min barrel azalma ilə 2,06 milyon barrelə enib.

HASİLAT ARTIB

Ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 10 min barel yüksəlib. Gündəlik 10 min barellik artım yalnız Alyaska ştatında baş verib, digər ştatların xam neft hasilatında dəyişiklik olmayıb.

Beləliklə, 29 Dekabr-4 Yanvar həftəsində ABŞ-ın xam neft istehsalı təxminən gündəlik orta hesabla 11,7 milyon barrellə rekord səviyyədə qalmaqda davam edib və son 52 həftədə 41-inci dəfə artmışdır.

EIA-nın "Dekabr 2018" hesabatına görə, ölkənin gündəlik orta hesabla xam neft istehsalının gələn il 12,1 milyon barrel olacağı ehtimal edilir.

Marja

  • Əvvəlki

    Daha 27 şirkət bağlanıb - SİYAHI

Digər xəbərlər

27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0