Benzin və dizelin qiyməti qalxdı - TÜRKİYƏDƏ

15.01.2019 Energetika
Hökumət qiymətlərin qaldırılması ilə bağlı açıqlama verməyib.

“Kommersant.az” xəbər verir ki, Türkiyədə benzin və dizel qiymətləri qaldırılıb. Belə ki, benzinin qiyməti 0,16 TL, dizelin qiyməti isə 0,20 TL qaldırılıb.

Sözügedən qiymət artımından sonra İstanbulda dizelin qiyməti 5,81 TL – dən 6,01 TL - ə, Ankarada isə qiymətlər 5,94 TL – dən 6,14 TL - ə yüksələcək.