USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə təbii qaz ehtiyatları tapıldı

08.02.2019 İqtisadiyyat
0 0
Türkiyənin şimal-qərbində təbii qaz ehtiyatları aşkar edilib.

"Kommersant.az"-ın məlumatına görə, bu barədə ölkənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.

Nazir bildirib ki, təbii qaz ehtiyatları İstanbulun ətrafında və Tekirdağ vilayətində tapılıb.

Onun sözlərinə görə, hazırda həmin bölgələrdə təbii qazın həcmi dəqiqləşdirilir.

F.Dönməz əlavə edib ki, Türkiyə gələcəkdə də quruda və dənizdə neft-qaz ehtiyatlarının aşkar olunması üçün kəşfiyyat işlərini davam etdirəcək.

  • Əvvəlki

    Yeni test tapşırıqlarından istifadə olunacaq - ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ

Digər xəbərlər