“Petrobras”ın baş icraçı direktoru istefa verib

2 İyun 01:00 Energetika
Braziliyanın dövlət neft şirkəti “Petrobras”ın baş icraçı direktoru istefa verib.

"Kommersant.Az" AZƏRTAC-a istinadən xəbər verir ki, yük maşını sürücüləri və neftçilərin Braziliyada dizel yanacağının artan qiymətinə etiraz etmək məqsədilə keçirdiyi aksiyadan sonra “Petrobras”ın baş icraçı direktoru Pedro Parente istefa verib. O, hökumətin neftin qiyməti ilə bağlı aparacağı siyasətdə irəliləməyə kömək edə biləcəyini düşünmədiyi üçün istefa etdiyini açıqlayıb.

10 gündən çoxdur ki, Braziliyada dizel yanacağının qiymətinin bahalaşması ilə bağlı tətillər keçirilirdi. Mayın 23-dən başlayan etiraz aksiyalarının təxminən 3 milyard dollar itkiyə səbəb olduğu təxmin edilir.

Ölkədə dizel yanacağının qiyməti 2016-cı ildən etibarən ikiqat artıb.

  • Əvvəlki

    Milli Məclis yenidən toplaşır: bu ay ən azı 2 növbədənkənar iclası olacaq

Digər xəbərlər

12 Noyabr 12:45 Energetika
OPEK neft hasilatını aşağı salır
0 0
10 Noyabr 14:57 Energetika
ABŞ -dan Ər-Riyada zərbə
0 0
9 Noyabr 09:24 Energetika
Dünya birjalarında neftin - QİYMƏTİ
0 0
8 Noyabr 17:40 Energetika
Rusiya neft hasilatını artırır
0 0