Rusiya mayda OPEC-lə neft hasilatının azaldılması üzrə sazişi 95% icra edib

03.06.2018 Energetika
Rusiya may ayında OPEC+ ölkələri ilə neft hasilatının azaldılması üzrə sazişi 95% yerinə yetirib.

"Kommersant.Az" “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

"Rusiya mayda hasilatın 95% azaldılması səviyyəsinə çatıb. Rusiya neft bazarında balansın saxlanmasına tam sadiqdir", - deyə o bildirib.