USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“SOCAR Ukraine” Müdafiə Nazirliyinə 5 min ton reaktiv yanacaq tədarük edəcək

06.06.2018 İqtisadiyyat
0 0
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - “SOCAR Ukraine” şirkəti Ukrayna Müdafiə Nazirliyinə 5 min ton həcmində reaktiv mühərrik yanacağı tədarük edəcək.

"Kommersant" xəbər verir ki, "SOCAR Ukraine" Ukrayna Müdafiə Nazirliyinin 24,880 min ton reaktiv mühərrik yanacağının alınması ilə bağlı elan etdiyi tenderin qaliblərindən biri olub. Şirkət iki lotun qalibi olub.

"SOCAR Ukraine"nın tədarük edəcəyi yanacağın qiyməti 28 878 qrivna/tondur.

Yanacağın tədarükü 1 avqust - 30 sentyabr tarixlərində həyata keçiriləcək.