İran OPEK-i bəzi ölkələrin təktərəfli istehsal prinsipinə icazə verməməyə çağırıb.
"Kommersant" xəbər verir ki, OPEK-in əvvəllər istehsala sərhəd qoymaqla bağlı qərar qəbul edən nazirləri, indi neft istehsalını gündə 1 milyon barelə çıxarmağa qərar veriblər. Belə ki, İranın energetika naziri Bijan Namdar Zanqan OPEC Konfransının sədri və BƏƏ-nin enerji və sənaye naziri Suheil əl-Mazruini bəzi ölkələrə "istehsal artımı"na imkan verməməyə çağırıb.
O əlavə edib ki, heç bir dövlət OPEK-in 171 və 174-cü konfranslarında qəbul etdiyi istehsal standartlarını aşmamalıdır. O qaydalara uymayan dövlətlərə OPEK-dən xəbərdarlıq etməyi xahiş edib.
Suheil əl-Mazrui isə öz növbəsində həqiqətən də bu kimi pozuntuların təşkilatın əsasını zəiflətdiyini təsdiqləyib.