"Hədəfimiz İranın neft satışını sıfıra endirməkdir"

3 İyul 11:07 Energetika
ABŞ Xarici İşlər Nazirliyinin Siyasət Planlaşdırma direktoru Brian Hook, İrana göstərilən təzyiqin məqsədinin ölkənin neft gəlirlərini sıfıra endirərək Tehran rəhbərliyinin bölgədəki siyasətini dəyişdirməsini təmin etmək olduğunu deyib.

"Kommersant" xəbər verir ki, Hook, ABŞ Xarici İşlər Nazirliyində təşkil etdiyi mətbuat konfransında,"İran strategiyamız rejim dəyişikliyinə yox, İranlı liderlərin bölgədəki strategiyasını dəyişdirməyə yönəlmişdir" ifadəsini işlədib. Hook, "İranın neft gəlirlərini sıfıra endirmək" istədiklərinin vurğulayıb.


Hindistan və Türkiyənin açıq bir şəkildə İrandan neft almağa davam edəcəyinə dair soruşulan bir sualı Hook belə cavab verib:

"Bu məsələdə bir imtiyaz verməyi düşünmürük, çünki bu İran üzərindəki təzyiqinin azalmasına səbəb olar və bu kampaniyanın məqsədi (İran üzərində) təzyiq qurmaqdır. Təzyiq qurmağın bizim milli təhlükəsizlik hədəflərimizə çatmağımız baxımından əhəmiyyətli olduğunu düşünürük. Ölkələrlə masaya oturub vəziyyətlərinə görə neft alışlarını azaltmasını danışmağa hazırıq, lakin digər sanksiyalarımız kimi bu məsələdə bir güzəşt olmayacaq".

ABŞ müttəfiq ölkələrin və şirkətlərinin İrandan etdikləri neft idxalını 4 Noyabra qədər dayandırmalarını tələb etdiyini açıqlamışdı.

ABŞ-dan bir nümayəndə heyətinin bu həftə ərzində Orta Şərqdə müxtəlif ölkələrə səfər edərək İran neftinə qarşı sanksiyanı müzakirə etməsi gözlənilir.

  • Əvvəlki

    “Bank of Baku” müştərisini məhkəməyə verdi - SƏBƏB

Digər xəbərlər

09:09 Energetika
"Brent" bahalaşmaqda davam edir
0 0
15 Oktyabr 09:18 Energetika
"Brent" bahalaşdı - NEFTİN QİYMƏTİ
0 0
12 Oktyabr 12:50 Energetika
Rusiya bu ölkəyə benzin satmayacaq
0 0
11 Oktyabr 20:50 Energetika
Neftlə bağlı qərar
0 0
6 Oktyabr 09:01 Energetika
"Brent" ucuzlaşdı - NEFTİN QİYMƏTİ
0 0
2 Oktyabr 17:38 Energetika
ABŞ OPEK-i məhkəməyə verəcək
0 0
2 Oktyabr 09:20 Energetika
Neftin bu günə olan qiyməti
0 0