USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Brent" ucuzlaşdı - NEFTİN QİYMƏTİ

01.09.2018 İqtisadiyyat
0 0
Dünya birjalarında Brent markalı neftin qiyməti ucuzlaşıb.

"Kommersant.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,45 dollar və ya 0,64% ucuzlaşaraq 69,80 dollar olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,35 dollar və ya 0,45% enərək 77,42 dollar olub.