Neft ehtiyatı tükənir?

01.09.2018 Energetika
Neft idxal edəcək ölkələrin siyahısına yenisi əlavə olunacaq.

“Kommersant.az” xəbər verir ki, Danimarkanın Energetika Agentliyi 1993-cü ildən etibarən Avropa Birliyinə daxil olan tək neft və qaz ixracatçısı ölkə kimi tanınan Danimarkanın il sonuna qədər neft idxalçısı olmasını gözlədiklərini bildirib.

Agentliyin verdiyi açıqlamada Danimarkanın 2017-ci ilin istifadə etdiyindən daha çox neft istehsal etdiyi son il olduğu söylənilib.

Sonda o da qeyd olunub ki, neft istehsalından fərqli olaraq təbii qazın istehsalı 2035-ci ilə qədər davam etdiriləcək.