Dünya birjalarında - NEFTİN QİYMƏTİ

05.09.2018 Energetika
Dünya birjalarında Brent markalı neftin qiyməti ucuzlaşıb.

“Kommersant.az” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,49 dollar və ya 0,70% ucuzlaşaraq 69,38 dollar olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,35 dollar və ya 0,45% enərək 77,82 dollar olub.