"Brent" 83 dolları ötdü - SON QİYMƏT

01.10.2018 Energetika
Dünya birjalarında Brent markalı neftin qiyməti bahalaşıb.

“Kommersant.az” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,31 dollar və ya 0,42% bahalaşaraq 73,56 dollar olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,52 dollar və ya 0,63% yüksələrək 83,25 dollar olub.