Dünya birjalarında - NEFTİN QİYMƏTİ

03.10.2018 Energetika
Dünya birjalarında Brent markalı neftin qiyməti bahalaşıb.

“Kommersant.az” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,01 dollar və ya 0,01% ucuzlaşaraq 75,22 dollar olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,04 dollar və ya 0,05% yüksələrək 84,84 dollar olub.