Vahid Ələkbərov narahatdır - "NEFT BİZİ QORXUDUR"

04.10.2018 Energetika
"Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov son aylarda neftin qiymətinin qalxmasından narahatdır.

"Kommersant.az" xəbər verir ki, o, "Rusiya enerji həftəsi"nin plenar iclası zamanı çıxışında bildirib:

"Neftin sürətlə bahalaşması bizi qorxudur. Siyasi faktorların neftin qiymətinə təsiri hədsiz dərəcədə böyükdür. Bazarda çox sayda spekulyatorlar mövcuddur".

Qeyd edək ki, "Brent" markalı neftin qiyməti avqustun ortalarından başlayaraq artmaqda davam edir. Bu isə faktiki olaraq 2014-cü ilin noyabrından bu günə qədər qeydə alınan maksimal göstəricidir. Buna əsas səbəblərdən biri kimi noyabrın əvvəlində ABŞ-ın İrana tətbiq edəcəyi sanksiya göstərilir.