İran neft satmaqda davam edəcək

5 Noyabr 10:11 Energetika
"ABŞ-ın tətbiq etdiyi sanksiyalara baxmayaraq, İran neft satmaqda davam edəcək".

"Kommersant.az" xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bildirib.

Qeyd edək ki, bu gündən etibarən İranın ABŞ-a qarşı sanksiyalarının ikinci dalğası qüvvəyə minir. Sanksiyalar neft ixracına şamil edilib. Rəsmi Vaşinqton bəyan edib ki, İran neftinin ixracını sıfır dərəcəyə çatdırmaq niyyətindədir və alıcıları İrandan neft idxalını dayandırmağa çağırıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu ilin mayında ABŞ-ın, İranla nüvə proqramı üzrə sazişdən çıxdığını bəyan edib. Sanksiyaların ilk mərhələsi isə 7 avqustdan etibarən qüvvəyə minib.