Neft daha da ucuzlaşacaq - EKSPERT ŞƏRHİ

7 Noyabr 10:59 Energetika
"Öncədən proqnozlaşdırdığımız kimi, artıq qlobal neft bazarı İrana qarşı tətbiq edilən sanksiyalara adaptasiya olunub".

"Kommersant.az" xəbər verir ki, bunu ABŞ-ın İrana tətbiq etdiyi yeni sanksiyalar paketinin neftin dünya bazar qiymətinə təsirini şərh edərkən iqtisadçı alim Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, sanksiyaların gücləndirilməsinə baxmayaraq, neftin qiyməti nəinki yüksəldi, əksinə azaldı:

"Digər tərəfdən, ABŞ 8 ölkənin İrandan neft almasına növbəti 6 ayda yaşıl işıq yandırdı. Buna görə də, yaxın zamanlarda neftin 1 barelinin qiymətinin 70 dollardan aşağı düşdüyünü görsək, heç də təəccüblənməməliyik",- V.Bayramov qeyd edib.

  • Əvvəlki

    İran iqtisadi mühasirəyə hazırdır

Digər xəbərlər

12 Noyabr 12:45 Energetika
OPEK neft hasilatını aşağı salır
0 0
10 Noyabr 14:57 Energetika
ABŞ -dan Ər-Riyada zərbə
0 0
9 Noyabr 09:24 Energetika
Dünya birjalarında neftin - QİYMƏTİ
0 0
8 Noyabr 17:40 Energetika
Rusiya neft hasilatını artırır
0 0