Dünyada neftin qiyməti neçəyədir?

24.11.2018 Energetika
Ən ucuz neft qiyməti İranda müşahidə olunub.

“Kommersant.az” xəbər verir ki, neft bazarında qiymətlər tez-tez dəyişir. Bu da təbii olaraq mühərrik yanacağının qiymətinə təsir edir. Əhalini isə yanacaq qiyməti daha çox narahat edir.

Məsələn, Avropanın mərkəzində qiymətlər bizdən xeyli yüksəkdir. Lakin nəzərə almaq lazımdır ki, bu ərazilərdə orta aylıq əmək haqqı da kifayət qədər yüksəkdir. Çox uzağa getmədən qonşu ölkələrdə yanacağın qiymətini sizə təqdim edirik:

Belə ki, Rusiyada yanacağın qiyməti 1,17 manat, Türkiyədə 2,03 manat, Gürcüstanda 1,52 manat, İranda 0,49 manat, Azərbaycanda isə 0,95 manatdır.