USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qubada yaşayış evinə basqın şəxslər saxlanılıb

01.06.2018 Hadisə
0 0
Quba rayon sakinini döyərək pulunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan "Kommersant.Az"-a verilən məlumata görə, ötən il noyabrın 7-də Quba şəhər sakini C.Pirəliyeva Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evində tanımadığı şəxs tərəfindən döyüldüyünü bildirib. Araşdırma zamanı döyülmə faktından əlavə zərərçəkənin evindən 9000 manat pulun oğurlanması da müəyyən edilib.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən bir yeniyetmə saxlanılaraq polis şöbəsinə gətirilib. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun törədilən cinayətdə iştirakı və hadisədə iştirak edən digər şəxslər də müəyyən olunub.

Faktla bağlı Quba RPŞ-nin İB-də araşdırmalar aparılır.