Azərbaycandan 21 tona yaxın soğanın Dağıstana keçirilməsinin qarşısı alınıb

5 İyun 15:25 Hadisə
Rusiya FederasiyasınınDağıstan hissəsindəki “Yaraq-Kazmalyar” buraxılış məntəqəsində karantin fitosanitar nəzarəti zamanı Dağıstan Respublikası üzrə "Rosselxoznadzor" İdarəsinin dövlət müfəttişləri tərəfindən saxta sənədləri olan iri partiya tərəvəz aşkar olunub.

“Azərbaycandan daxil olan 21 tona yaxın baş soğana saxta fitosanitar setifikatı verilib, bu da bitkiçilikdə karantin sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulmasıdır”, - Rusiya mətbuatı məlumat verir.

“Aşkar olunan pozuntularla bağlı yük sahibi barəsində inzibati protokol tərtib olunub. Kənd təsərrüfatı məhsulu barəsində yüklərin Azərbaycana qaytarılmasına dair qərar qəbul olunub”, - məlumatda vurğulanır.

İnterfaks