USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mingəçevir İES-də baş verən qəza ilə bağlı rəsmi məlumat

03.07.2018 Hadisə
0 1
"Bir necə gündür ki, havaların kəskin isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib".

Bu barədə Energetika Nazirliyi və “Azərenerji” ASC-nin Mingəçevir İES-də baş verən hadisə ilə bağlı yaydığı birgə məlumatda qeyd olunub.

Məlumatda bildirilib ki, ilkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza baş verməsi qaçılmaz olub:

"Vəziyyət tam nəzarət altındadır. Ölkə üzrə mərhələli şəkildə enerjinin təminatı bərpa edilməkdədir. Bir sıra bölgələrdə artıq enerji təmintı həyata keçirilib. Qısa müddət ərzində digər yerlərdə də elektrik enerjisinin verilişi bərpa ediləcək".

Məlumatda o da qeyd olunub ki, əlaqədar dövlət strukturlarından yaradılmış operativ əməliyyat qrupu və Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer Xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işləri həyata keçirir.

Gəncədə elektrik enerjisinin verilişi bərpa olunub.

Ötən gecə qəza baş verən andan təxminən bir saat sonra qərb bölgəsində olan rayon və şəhərlərə enerjinin verilişinin bərpa edilməsinə başlanılıb.

Saat 06.30-a kimi enerji verilişinin tam bərpa edildiyi bildirilir.