USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gəncənin icra başçısına qarşı edilən sui-qəsdin təfərrüatları məlum olub

03.07.2018 Hadisə
0 4
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən silahlı hücumun təfərrüatları məlum olub.

"Kommersant" "Report"aistinadən xəbər verir ki, hadisə nəticəsində icra başçısı ağır yaralanıb, polis əməkdaşı olan mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.

İcra başçısı yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan vertolyotla Bakıya göndərilib.

Hadisə axşam saat 20:00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin önündə yerləşən mərkəzi meydanda baş verib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.

İlkin məlumatlara görə, o, Rusiya vətəndaşıdır. Həmin şəxs ötən il Gəncə şəhərində mühafizə polisinin əməkdaşını döyərək xidməti silahını əlindən alıb və hadisə yerindən qaçdığı üçün axtarışa verilib.

Həmçinin bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.

Faktla bağlı Daxili İşlər Nazirliyi məlumat yayacaq.