USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səhiyyə Nazirliyi: metroda 17 nəfərin halı pisləşib, 5 nəfər xəstəxanaya yerləşdirilib

04.07.2018 Hadisə
1 3
Dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejimində çalışır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Kommersant"a verilən məlumata görə, xüsusi briqadalar ayrılaraq "Bakı Metropoliteni"nin stansiyalarının qarşısında yerləşdirilib.

“Bu saata kimi "103" xidmətinə 17 müraciət daxil olub. Əksəriyyətinə yerində lazımi tibbi yardım göstərilib. 5 nəfər profilaktik məqsədlə xəstəxanalara yerləşdirilib. Onların həyati təhlükəsi yoxdur”, - Nazirliyin məlumatında deyilir.